Dünyada koronavirusa yoluxanların sayı 414 mini ötüb

09:40 | 26 Mart, 2020

Düyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı martın 25-i üçün 414 179 nəfərə çatıb.

Editor.az  Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Hesabata əsasən, sutka ərzində yoluxma hallarının sayı 40 mindən çox, ölüm hallarının sayı isə 2202 nəfər artıb. Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 220 516 min yoluxma və 11 986 ölüm halı. Avropa regionunda sutka ərzində yolxuma hallarının sayı 20 007, ölüm hallarının sayı isə 1797 nəfər artıb.

İkinci yerdə Qərbi-Sakit okean regionu qərarlaşıb. Burada martın 25-nə olan məlumatlara əsasən, 97 766 yoluxma halı və 3518 ölüm halı qeydə alınıb.

Üçüncü yeri Cənubi və Şimali Amerika tutur, burada ümumilikdə 60 834 yolxuma halı və 813 ölüm halı qeydə alınıb.

Mövzunu Facebookda şərh et