“Brent” markalı neftin qiyməti 30 dolları ötüb

11:20 | 26 Mart, 2020

“Brent” markalı neftin may fyuçerslərinin qiyməti Londonun “ICE” birjasında martın 25-i saat 01:59 (GMT+4) üçün 1,04 faiz qalxaraq 30,05 dollar/barel təşkil edib.

Editor.az Trend-ə istinadən bildirir ki, son dəfə “Brent” markalı neftin qiyməti martın 20-si 30 dollardan artıq olub.

“WTI” markalı neftin aprel fyuçerslərinin qiyməti isə 0,24 faiz qalxaraq, 24,55 dollar/barel təşkil edib.

Mövzunu Facebookda şərh et