Bosniya və Herseqovinada aeroportların fəaliyyəti dayandırılır

12:49 | 26 Mart, 2020

Bosniya və Herseqovina martın 30-dan etibarən ölkədəki aeroportların fəaliyyətini dayandıracaq.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, bunlar Sarayevo, Banya-Luka, Tuzla və Mostar şəhərlərindəki kommersiya məqsədli aeroportlardır. Səbəb ölkədə koronavirusun yayılmasının qarşısını almaqdır.
Bununla da keçmiş Yuqoslaviya ölkələri arasında yalnız Xorvatiyada kommersiya məqsədli (yəni, sərnişindaşıma) uçuşlar davam etdiriləcək. Sloveniya isə Lyublyana Beynəlxalq Hava Limanının fəaliyyətini martın 30-da bərpa etməyi planlaşdırsa da, bu müddətin uzadılma ehtimalı böyükdür.

Mövzunu Facebookda şərh et