Levandowski günahını etiraf etdi: O sənədləri mən oğurlamışam

12:52 | 26 Mart, 2020

Uber şirkətində avtonom maşınların istehsalına rəhbərlik edən Anthony Levandowski Google şirkətinə məxsus məxfi məlumatları oğurladığını etiraf edib.

Editor.az ted.az-a istinadən bildirir ki, o, öz ifadəsində bildirib ki, Uber Technologies şirkətinə gəlmədən öncə, keçmiş iş yeri Google-a məxsus bir neçə məxfi informasiyanın əks olunduğu sənədləri də oğurlayıb.

İstintaqçı qrup Levandowskiyə bu etirafı qarşılığında həbs cəzasını 30 ay azalacağını bildiriblər.

Qeyd edək ki, 2017-ci ildə Google və Waymo şirkətləri keçmiş əməkdaşı Lewandowskini şirkətə məxsus məxfi məlumatları oğurlamaqda günahlandırıb.

Google şirkəti əmək qanununu pozduğuna görə ondan 179 milyon dollar vəsait tələb edir.

Mövzunu Facebookda şərh et