Merkelin ikinci koronavirus testinin nəticəsi açıqlandı

14:45 | 26 Mart, 2020

Almaniya kansleri Angela Merkel ikinci dəfə koronavirus testindən keçib və nəticələr yenə də mənfi çıxıb.

Editor.az APA-ya istinadən bildirir ki, bu barədə yerli “N-TV” telekanalı AFR hökumətinin nümayəndəsinə istinadən məlumat berib.

“Kansler əvvəlki kimi ev karantini şəraitində işləyir və növbəti həftənin əvvəlində daha bir test verəcək”, – məlumatda qeyd olunub.

Merkel birinci testini bazar ertəsi günü vermişdi, onun cavabı elə həmin gün məlum olmuşdu.

Mövzunu Facebookda şərh et