34 yaşlı kişini qatar vurdu: barmaqları kəsildi, səhhəti ağırdır

14:46 | 26 Mart, 2020

Hacıqabulda 34 yaşlı kişini qatar vurub.

Editor.az APA-ya istinadən bildirir ki, hadisə Hacıqabul rayonunun Nəvahi kəndində baş verib.

Rayonun Nəvahi kənd sakini, 1986-cı il təvəllüdlü Rəhimov Elvin Səttar oğlunu qatar vurub. Yaralı ayaq barmaqlarının travmatik amputasiyası, çoxsaylı travmalarla Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faklta bağlı araşdırma aparılır.

Mövzunu Facebookda şərh et