Birmərtəbəli ev tamam yandı

14:50 | 26 Mart, 2020

Salyan rayonununda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Quyçu kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli, tavanı qamışdan ibarət evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

//milli.az

Mövzunu Facebookda şərh et