Gəncədə atasını öldürən şəxsin məhkəməsi başlayıb

17:59 | 26 Mart, 2020

Gəncə Ağır Cinayətlər Məhkəməsində atasını qətlə yetirməkdə təqsirləndirilən Yusif Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Editor.az APA-ya istinadən bildirir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı aprelin 15-ə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Gəncə şəhərində 1994-cü il təvəllüdlü Dadaşov Yusif Mübariz oğlu atası, 1967-ci il təvəllüdlü Dadaşov Mübariz Yusif oğlunu bıçaqlayaraq öldürüb.

Y. Dadaşov polis tərəfindən sərxoş vəziyyətdə saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Mövzunu Facebookda şərh et