Bir bu çatmırdı – Koronavirus yeni yolla yoluxa bilər

19:24 | 26 Mart, 2020

İnsan SARS-CoV-2 koronavirusu digər pirimatlara ötürə bilər.

Editor.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, xəstəliyin yeni yayılma növünü mikrobioloq Arend de Haas müəyyən edib.

Mütəxəssis xatırladır ki, son 26 ildə dünyada yarasalarla yoluxan 6 infeksiya növü müşahidə edilib.

Müəllif qeyd edir ki, yarasalar və panqolinlər yeni növ koronavirusun – COVİD-19-un daşıyıcılarıdır.

Mikrobioloq yazır ki, parazitlər və viruslar yeni sahibə hücum edərək əvvəlcə ciddi xəstəliklərin yaranmasına səbəb olur, zaman keçdikcə isə parazit və yoluxmuş şəxs bir-birinə uyğunlaşır və təhlükə azalır.

“Müşahidələrə görə, insanlar və meymunlar arasında xəstəliyin ötürülməsi yüngül keçir. Meymunlar üzərində aparılmış tədqiqata görə, müəyyən edildi ki, sonuncular insan respirator viruslarına yoluxmağa daha həssasdılar” – müəllif qeyd edib.

Onun fikrincə, bu və digər primatlar, əsasən də oranqutanlar insandan SARS-CoV-2 virusuna yoluxa bilər.

Bu məqsədlə də ekspert insanlara heyvanların yaşadığı ərazilərə, milli parklara getməyin qadağan edilməsini məsləhət görür.

Mart ayında ABŞ-ın Luiziana Universiteti ürək-damar xəstəlikləri olan yaşlı insanlar üçün tövsiyə olunan angiotenzinçevirici fermentin inhibitorları və angiotenzin II-nin reseptor blokerlərinin qəbulu bu şəxslərdə SARS-CoV-2 koronavirusunun yoluxma ehtimalını artırdığını bildirmişdi.

Mövzunu Facebookda şərh et