İran-Türkiyə sərhədində zəlzələ olub

20:54 | 26 Mart, 2020

İran-Türkiyə sərhədində, İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində 4,4 bal gücündə zəlzələ olub.

Zəlzələ 7 km dərinlikdə qeydə alınıb.

Qeyd edək ki, ötən ay həmin bölgədə baş vermiş zəlzələ nəticəsində Türkiyənin Van şəhərinin bir neçə kəndində 9 nəfər ölüb, 54 nəfər xəsarət alıb.

//APA

Mövzunu Facebookda şərh et