Rusiyada son sutkada 182 nəfər koronavirusa yoluxub

20:57 | 26 Mart, 2020

Rusiyada son sutka ərzində koronavirusa 182 nəfər yoluxub.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyi nəzdində yaradılan Operativ Qərargah açıqlayıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 840 nəfərə çatıb.

Virusdan ölənlərin sayı 3 nəfər təşkil edir.

Mövzunu Facebookda şərh et