Türkiyədə koronavirusla əlaqədar amnistiya elan oluna bilər

21:36 | 26 Mart, 2020

Türkiyədə koronavirus epidemiyasının yayılması ilə əlaqədar məhbusların amnistiyası məsələsi müzakirə olunur.

Editor.az Trend-ə istinadən bildirir ki, bu məsələnin Prezident Rəcəb Tayyib Ərdoğanın gündəliyində olduğu deyilir.

Amnistiya 100 minədək məhbusa şamil edilə bilər.

Qeyd edək ki, Türkiyədə bu günədək 2 433 nəfər koronavirusa yoluxub, onlarda 59 nəfəri həyatını itirib.

Mövzunu Facebookda şərh et