Azərbaycan Gimnastika Federasiyasının kollektivi əmək haqlarının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb

21:50 | 26 Mart, 2020

Azərbaycan Gimnastika Federasiyasının (AGF) kollektivi, bədii gimnastika, kişi və qadın idman gimnastikası, akrobatika və batut gimnastikası üzrə milli komandaların idmançıları və məşqçiləri, eləcə də tibbi personal əməkhaqlarının bir hissəsini, ümumilikdə 20 min manat məbləği Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Editor.az bildirir ki, Trend bu barədə Federasiyaya istinadən məlumat verir.

Qeyd olunur ki, AGF-in “Instagram”da rəsmi səhifəsində şənbə və bazar istisna olmaqla hər gün bütün yaş qrupları üzrə sakinlər üçün səhər gimnastikası məşğələləri keçirilir.

Mövzunu Facebookda şərh et