Təhsil Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 510 min manat vəsait köçürüb

22:01 | 26 Mart, 2020

Təhsil Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 510 min manat vəsait köçürüb.

Editor.az Trend-ə istinadən bildirir ki, ölkə əhalisinin sağlamlığının qorunması və koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlərin tərkib hissəsi kimi Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna Təhsil Nazirliyinin Mərkəzi Aparatı, həmçinin tabeliyində olan bir sıra idarə və agentliklər tərəfindən 510 min manat vəsait köçürülüb.

Mövzunu Facebookda şərh et