Ermənistanda koronavirusa yoluxanların sayı 300 nəfərə çatır

23:37 | 26 Mart, 2020

Ermənistanda koronavirusa yoluxanların sayı 290 nəfərə çatıb.

Editor.az Trend-ə istinadən bildirir ki, son sutka ərzində 25 nəfər virusa yoluxub.

Qeyd olunur ki, 272 şəxs müalicəsini davam etdirir.

Ümumilikdə 1 440 nəfər testdən keçirilib.

Mövzunu Facebookda şərh et