İspaniya koronavirusdan ölənlərin sayına görə Çini ötdü

23:45 | 26 Mart, 2020

İspaniyada sutka ərzində yeni növ koronavirusdan 442 nəfər ölüb.

Editor.az xəbər verir ki, bununla virusdan ölənlərin sayı 4089-a çatıb.

Beləliklə, İspaniya koronavirusdan ölənlərin sayına görə Çini ötərək İtaliyadan sonra ikinci yeri tutub.

Qeyd edək ki, ölkədə koronavirus yoluxanların sayı 56188 nəfərdir .

Xatırladaq ki, Çində koronavirusdan ölənlərin sayı 3287 nəfərdir.

Mövzunu Facebookda şərh et