Bərdədə kişi 23 yaşlı arvadını poliklinikanın həyətində amansızlıqla öldürdü – Qardaşının gözləri önündə – FOTO

23:52 | 26 Mart, 2020

Bərdədə uşaq poliklinikasının həyətində dəhşətli qətl hadisəsi törədilib.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, 23 yaşlı Zamanova Zülfiyyə Həbib qızı qardaşının gözü önündə 32 yaşlı həyat yoldaşı Zamanov İsmət Bəhmən tərəfindən qətlə yetirilib. Həyat yoldaşı qadına 4 bıçaq zərbəsi vurub.

Qətlin ailə münaqişəsi – qısqanclıq zəmnində törədildiyi bildirilir.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb.

Mövzunu Facebookda şərh et