backend

Azərbaycanda susuzluq təhlükəsi yaranıb? – "Azərsu"dan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sosial şəbəkələrdə son günlər davam edən və 40 dərəcəlik temperatur həddini aşan isti günlərdən sonra çaylarda və su anbarlarında sululuğun azaldığına dair məlumatlar yer alır.
Bəziləri həmin su mənbələrində suyun həcminin hətta 75 faizədək azaldığını qeyd edir, bəziləri isə bunu əsas götürərək Azərbaycanda, xüsusən də Bakı və Abşeron yarımadasında su qıtlığının və əhaliyə verilən suyun tamamilə kəsilməsi təhlükəsinin yarandığını bildirirlər
Məsələ ilə bağlı Milli.Az “Azərsu” QSC-yə sorğu ünvanlayıb. Cəmiyyətdən sorğumuza cavab olaraq bildiriblər ki, hazırda nə Azərbaycanda, nə də Bakı və Abşeron yarımadasında susuzluq təhlükəsi yoxdur:
“Qızmar istilərin olmasına baxmayaraq, biz su mənbələrindən əvvəllər nə qədər həcmdə su götürürdüksə, indi də o qədər su götürüb əhaliyə veririk. Su mənbələrinin də heç birində ciddi susuzluq problemi yaranmayıb. Ona görə də əhali buna görə narahat olmaya bilər”.