Alkoqol və tütündən imtina, yarım saat idman-Covid-19-dan qorunmağın YOLU

20:28 | 28 Mart, 2020

Koronavirusdan qorunmaq üçün alkoqol və siqaretdən imtina etmək lazımdır.

Editor.az e-tibb.az-a istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhan Ghebreyesus deyib. O, hər gün idmanla məşğul olmağı tövsiyə edərək bildirib ki, bu cür tədbirlər koronavirusla mübarizəyə kömək edəcək.

ÜST rəhbəri, virusa yoluxma halında siqaretin xəstəliyi ağırlaşdıra biləcəyini vurğulayıb. Baş direktor, şəkər tərkibli içkilərdən də imtina etməyi, daha çox təbii qidalara keçməyi, oturaq işlə məşğul olanlara isə hər 30 dəqiqədən bir 3 dəqiqə hərəkət etməyi, pozanı dəyişməyi tövsiyə edib. Çünki sağlam qidalanma və aktivlik immunitet sistemini gücləndirir. O, pis vərdişlərin əvəzinə gündə ən azı yarım saat idman etməyin doğru olduğunu deyib.

Tedros Adhan Ghebreyesus qeyd edib ki, Çinin koronavirusla mübarizədəki uğuru xəstəlik üzərində qələbəyə ümid verir: “Həmrəylik COVID-19-u məğlub etməyin açarıdır”.

Mövzunu Facebookda şərh et