Prezident İlham Əliyev həkimləri alqışladı (VİDEO)

23:00 | 28 Mart, 2020

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər.

“Yeni klinika” tibb müəssisəsində yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi ilə görüşüb.

Çıxışlardan sonra dövlət başçısı əl çalaraq, bu alqışın tibb işçiləri üçün olduğunu bildirib:

“Sizə! Sizi salamlayırıq! Həkimlərə!”

Həmin videonu təqdim edirik:

Mövzunu Facebookda şərh et