Korona nə qədər davam edəcək? – Harvard İnstitutu

19:51 | 28 Mart, 2020

Harvard Qlobal Səhiyyə İnstitutunun direktoru Aşiş Ca koronavirus pandemiyasının 12-18 ay davam edəcəyini proqnozlaşdırıb.

CNN-ə açıqlamasında alim bu virusun 2-6 həftəyə ötüb keçən virus olmadığını bildirib.

“Bu, 2, 4 və ya 6 həftəyə ötüb keçən virus deyil. Bəxtimiz gətirsə, bu virusla 12-18 ay bu və ya digər formada yaşamağa məcbur olacağıq”, – o deyib.

Ca bildirib ki, koronavirusa qalib gəlməyin yeganə yolu effektiv vaksinin tapılmasıdır.

//axar.az

Mövzunu Facebookda şərh et