TƏBİB sədri: “Koronavirusun regionlarda aşkarlanması ciddi həyəcan siqnalıdır”

03:54 | 29 Mart, 2020

“COVİD-19 təkcə sərhədyani bölgələrdə deyil, digər regionlarda da aşkarlanırsa, bu, bizim üçün çox ciddi həyəcan siqnalıdır”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

“Bizim A, B, C, D, E planlarımız var idi. İstəyirik ki, planımızın sonunu indidən tam hazır edək ki, heç bir problemlə rastlaşmayaq və müalicə müəssisələrimizin resursları koronavirusla mübarizəyə kifayət etsin. Çünki səhiyyəsi ən inkişaf etmiş ölkələrin xəstəxanalarında belə yataq sayı kifayət etmir. O ölkələrin səhiyyəsi tamamilə iflic vəziyyətdə qalır. Hətta artıq çeşidləmə prosesinə başlayıblar və çox ağır xəstələri qəbul etmək istəmirlər.

Ölkəmizin rəhbərliyi və biz istəmirik ki, Azərbaycan vətəndaşı sağlamlığını taleyin öhdəliyinə buraxsın. Məhz buna görə də ölkə rəhbərinin diqqət və qayğısı müalicə müəssisələrinin imkanlarının genişləndirilməsinə yönəlib”, – deyə TƏBİB sədri vurğulayıb.

//Report

Mövzunu Facebookda şərh et