“ARAZ” MARKETLƏRDƏ QİYMƏT ARTIMI – Prezidentə müraciət/ SƏS YAZISI

04:17 | 29 Mart, 2020

“Dünəndə xüsusi karantin rejimi gücləndirilib. Marketlər də qiymətləri qaldırıblar. Axşam Nizami rayonunda “Star” komleksin yanında yerləşən “Araz” marektə getdim. Hər gün həmin marektdən evə ərzaq və eyni zamanda “Milla” südü alıram. Əvvəl 3,5%-lik “Milla” südünü 1.80 qəpiyə, 2,5%-lik südü isə 1.45-ə alırdım. Dünən axşam isə 2.5%-lik südü 2 manat 15 qəpiyə aldım. Yumurta 4 manat 55 qəpik olub. Uşaq yeməyi olan “Cici bəbə” 2 manat 39 qəpikdən 2 manat 45 qəpiyə qalxıb. Nəyi sadalayım? Hər şey bahalaşıb. Saçaqlı pendir 1manat 89 qəpikdən 3 manat 20 qəpiyə qalxıb. Bunun virusa dəxli var? Ərzaq mallarının qiymətini qaldırıb, vəziyyətdən istifadə edirlər”.

Bu barədə oxuculardan biri şikayət edib.

Şikayətçi prezident İlham Əliyevə müraciət edib: “Mən bir vətəndaş kimi xahiş edirəm, qiymətlərə nəzarət edən qurumlar marektlərdə ərzağın qiymətinə nəzarət etsinlər. Onsuz da hər gün ərzağın 1 kiloqramının qiyməti 10  qəpiyədək qalxır. Bunu kasıb təbəqə görür. Varlı təbəqə isə heç qiymətlərin qalxmasına baxmır. Cənab prezident, xahiş edirəm, qiymətlərin qalxmasının qarşısı alınsın”.

Hurriyyet.org

 

Mövzunu Facebookda şərh et