İranın eks-prezidenti də koronavirusa yoluxdu

12:13 | 29 Mart, 2020

İran İslam Respublikasının keçmiş prezidenti Məhəmməd Xatəmi koronavirusa yoluxub.

Editor.az virtualaz.org-a istinadən bildirir ki, 76 yaşlı M.Xatəmi paytaxt Tehrandakı xəstəxanalardan birinə yerləşdirilib.

Onun durumu barədə heç bir rəsmi məlumat yayılmayıb.

Qeyd edək ki, hakimiyyətdaxili islahatçı xəttin lideri sayılan Məhəmməd Xatəmi 1943-c il sentyabrın 23-də İranın Yəzd əyalətinin Ərdəkan şəhərində doğulub. O, İran İslam Respublikasının 5-ci prezidentidir. İki dəfə prezident seçilib: birinci dəfə 1997-ci ildə, ikinci dəfə isə 2001-ci ildə.

Xatırladaq ki, İranda koronavirusa yoluxanların sayı 35 408 nəfərdir. Ölkədə 2 517 nəfər bu infeksiyada ölüb.

Mövzunu Facebookda şərh et