Azərbaycanda restoran, kafe və çayxanalar bağlandı

12:16 | 29 Mart, 2020

29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılsın və evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin.

Operativ Qərargahdan Editor.az-a daxil olan məlumatda bildirilir ki, bu qərar Azərbaycanda xüsusi karantin rejiminin gücləndirilməsi ilə bağlı verilib.

Mövzunu Facebookda şərh et