Xaricdən gətiriləcək 20 minə yaxın rusiyalı koronavirus infeksiyasının daşıyıcısı ola bilər

14:41 | 29 Mart, 2020

Xaricdən Vətənə qaytarılacaq 20 minə yaxın rusiyalının koronavirus infeksiyası daşıyıcısı ola biləcəyi gözlənilir.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinin eksperti, akademik Viktor Maleyev söyləyib.

Onun fikrincə, mütləq profilaktik tədbirlər görülməli və xaricdən gələn vətəndaşlar karantinə alınmalıdırlar. Ekspert qeyd edib ki, onlar yalnız bir aeroporta gələcək və dərhal təcrid ediləcəklər. Bu insanlar potensial təhlükə daşıyırlar və buna görə də çox ehtiyatlı olmaq lazımdır.

Mövzunu Facebookda şərh et