Azərbaycanda tərbiyəçi azyaşlıya təcavüz etdi — TÜKÜRPƏDƏN OLAY

15:15 | 29 Mart, 2020

Yevlax rayonunda azyaşlıya  qarşı əxlaqsızlıq edən şəxsə qarşı cinayət işi açılıb.

Editor.az ın xəbərinə görə, rayon sakini Əlövsət Əliyevin barəsində Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər, yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Əlövsət Əliyev barəsində olan cinayət işi baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Toğrul Əliyevin icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.

Mövzunu Facebookda şərh et