Prezident Şəfiqə Məmmədovanı “Əmək” ordeni ilə təltif etdi

17:02 | 29 Mart, 2020

Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şəfiqə Haşım qızı Məmmədova 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da bununla bağlı sərəncam imzalayıb.

Mövzunu Facebookda şərh et