Belçikada koronavirusa yoluxanların sayı 9134 nəfərə çatıb

18:26 | 29 Mart, 2020

Belçiakda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) daha 1850 yoluxub.

Bu barədə krallığın Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ötən sutka ərzində koronavirusdan 64 nəfərin ölümü də qeydə alınıb.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 9134 nəfərə, ölənlərin sayı isə 353 nəfərə çatıb.

Qeyd edək ki, Belçikada martın 14-dən ümummilli karantin tətbiq edilib, martın 28-i onun aprelin 19-dək uzadılması barədə qərar qaəbul edilib.

//Trend

Mövzunu Facebookda şərh et