Bu ölkədə koronavirusa yoluxanların sayı 645 nəfərə çatıb

18:30 | 29 Mart, 2020

Son sutka ərzində Estoniyada koronavirusa (COVID-19) yoluxanların sayı 70 nəfər artaraq 645-ə çatıb.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb.

Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 9300 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə götürülən 1200 nəfərin analizinin 70-nin nəticəsi müsbət çıxıb. Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, bu günə qədər ölkədə koronavirusdan bir ölüm hadisəsi qeydə alınıb.

Mövzunu Facebookda şərh et