Qazaxıstanda fövqəladə vəziyyət rejimini pozanlar cəzalandırılıblar

18:44 | 29 Mart, 2020

Qazaxıstan paytaxtında fövqəladə vəziyyət rejimini pozduğuna görə 200-dən çox insan cəzalandırılıb.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, paytaxtın hüquq-mühafizə orqanları tərəfindən fövqəladə vəziyyət elan edilən vaxtdan etibarən 206 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Əlli nəfər qanunsuz sahibkarlıq fəaliyyəti (maskaların və antiseptiklərin satışı) ilə məşğul olduğuna, bir nəfər fövqəladə hallarda qanun və qaydanın pozulmasına səbəb olan hərəkətlərə yol verdiyinə, 155 nəfər isə fövqəladə vəziyyət rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilib.

Karantin tələblərinin pozulması və izdihamlı yerlərin qanunsuz fəaliyyət göstərməsi faktları üzrə 90 müəssisə barəsində qanunvericiliyə uyğun qaydada müvafiq tədbirlər görülüb.

Mövzunu Facebookda şərh et