ABŞ Suriyada müharibəni uduzmuşdur-MÜSAHİBƏ

21:10 | 29 Mart, 2020

ABŞ Suriyada müharibəni uduzmuşdur
Türkiyənin tanınmış tarixçisi və siyasi xadimi Mehmet Perinçekin Editor.az-a özəl müsahibəsi

1. Rusiya ile Türkiyə arasındakı Ərdoğanla Putinin Atəşkəs anlaşmasını neсe dəyərləndirirsiniz?

2. Rusiya Türkiyə əlaqələrəni səmimi olaraq qəbul etməyənlər var.Bunu tarixə əsaslanaraq söyləyirlər.Bu münasibətləri pozmağa çalışan tərəflərinmi səyləridir?Siz neсe dəyərləndirirsiniz?
3.Siz Perinçek ailesi olaraq Avropa Məhkəməsində erməni soyqırımına qarşı büyük uğur əldə etmişsiniz. Niyə Türkiyə gücləndikcə erməni soyqırımı yalanları ile ona təyziq etmeyə çalışırlar?
4.Sizin erməni soyqırımı yalanlarına qarşı etdiyiniz çalışmalardan bəhs edərmisiniz?
5.ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ problemini 30 ilə yaxın vaxtda həll edə bilmir. Mövlud Çavuşoğlu ATƏT-in Minsk qrupu ile görüştü. Ermənistanın işğalçı siyasətini neсe dəyərləndirirsiniz?
6.Paşinyan ve Əliyevin açıq debatını neсe dəyərləndirirsiniz?

1. Rusya ile Türkiyə arasındakı Ərdoğanla Putinin Atəşkəs anlaşmasını neсe dəyərləndirirsiniz?
Bu anlaşma istər iki ölkə əlaqələri baxımından, istərsə də bölgənin sabitliyi baxımından, bölgənin hüzuru baxımından çox mühüm anlaşmadır.Bu anlaşma hər iki ölkənin maraqlarına cavab verir.Həm Türkiyə həm də Rusya Suriyanin ərazi bütövlüyünü dəstəkləyirlər.Bölgədə fəalliyət göstərən Pkk,HTŞ,PYD kimi teror təşkilatlarına qarışı mübarizədə həm Rusya həm də Türkiyə birgə mübarizə aparmalıdırlar.ABŞ PKK,PYD,HTŞ kimi teror təşkilatlarını dəstəkləməkdədirlər. Əldə edilən razılaşma çox uğurludur.

2. Rusya Türkiyə əlaqələrəni səmimi olarak qəbul etməyənlər var.Bunu tarixə əsaslanaraq söyləyirlər.Bu münasibətləri pozmağa çalışan tərəflərinmi səyləridir?Siz neсe dəyərləndirirsiniz?
Tarixdə baş vermiş rus-türk savaşından qalib çıxan tərəf olmamıştır. Qərb yönümlü İmperialist qüvvələrin maraqlarına xidmət edən bu savaşlarda qazanan tərəf yoxdur.İdlib məsələsində də Qərb yönümlü İmperialist qüvvələr Türkiyə Rusiya münasibətlərini pozmağa çalışmış amma buna nail ola bilməmişlər.İdlib məsələsində də bu yanaşmanı gördük. ABŞ Suriyada müharibəni uduzmuşdur.ABŞ Suriyadakı problemi Rusyanın əli ilə həll etməyə çalışmışdır.Bu həm Türkiyəyə həm də Rusyaya qarışı tələdir.Rusya və Türkiyə arasındakı krizislər təkçə Qərb yönümlü İmperyalist qüvvələr tərəfindən deyil həm daxili qüvvələr həm də Ərdoğana ve Putinə yaxın inasanlar tərəfindən bu krizisləri böyütməyə çalışıblar.Biz medyada da bu qüvvələri geniş şəkildə görməkdəyik. Sputnik İnternationaldakı Hatay xəbəri və Rossiya 1 kanalındakı rəzil xəbərlər buna əyani sübutdur.

3.Siz Perinçek ailesi olaraq Avropa Məhkəməsində erməni soyqırımına qarşı böyük uğur əldə etmişsiniz. Niyə Türkiyə gücləndikcə erməni soyqırımı yalanları ilə ona təzyiq etmeyə çalışırlar?
Erməni məsələsi Türkiyəyə qarşı daima silah olaraq istifadə edilmişdir.Keçmişdə bu Böyük Ermənistan üzərindən aparılırdısa indi isə Böyük Kürdüstan proyekti üzərindən aparılır. Türkiyənin terora qarşi mübarizəsi qərb medyası tərəfindən Soyqırım olaraq göstərilməyə çalışılmışdır.Erməni soyqırımı məsələsi Qərb yönümlü İmperialist qüvvələr tərəfindən Türkiyəni zəiflətmək məqsədi güdülür. Erməni soyqırımı məsələsi tarixi faktı ortaya çıxartmaq deyil bu yalanla Türkiyəni parçalamaqdır.
Perinçek Davası Avropa İnsan Haqqları Məhkəməsində erməni soyqırımını hüquqi müstəvidə bu problemi həll etmişdir.Bu qərarla yerli ya da beynalxalq məhkəmənin qərarı olmadan erməni soyqırım qəbul edilə bilməz.

4.Sizin erməni soyqırımı yalanlarına qarşı etdiyiniz çalışmalardan bəhs edərmisiniz?
Mən 20 ildən çox bir müddətdə Rusiyanın dövlət arxivlərində araşdırmalar aparmışam. Bu arxiv sənədlərinin heç bir osmanlı və türk sənədləri deyildir.Birinci Dünya Müharibəsindəki rus hərbi arxivləri ermənilərin həm Azərbaycan həm də Türkiyə türklərinə qarşı törətdiyi vəhşi qətliyamları isbatlamaqdadır. 1904-1905 illərində yapon rus müharibəsində belə rusları necə satdıqlarını isbatlayan sənədlər vardır.Rusiyada çap edilən Rusya Türkiyə Diplomatyasının Gizli Səhvələri kitabında erməni milləyətçiliyinin xarici qüvvəllərlə işbirliyi sənədlərini də ortaya qoydum. Eyni zamanda Azərbaycan və Anadolu türklərinə qarşı törədilən qətliyamları isbatlayan sənədləri bu kitabımda ortaya qoydum.

5.ATƏTİN Minsk Grupu Dağlıq Qarabağ problemini 30 ilə yaxın vaxtda həll edə bilmir. Mövlud Çavuşoğlu ATƏTİN Minsk Grupu ile görüşdü. Ermənistanın işğalçı siyasetini neсe dəğərləndirirsiniz?
ATƏTİN Minsk Grupu Dağlıq Qarabağ problemini həll edə bilmir.Dünyada mövcud olan Beynəlxalq Təşkilatlar Ermənistanın Qarabağı işğal etdiyini və bu torpaqların işğalına son qoymağa çağırdığını bilirik.Bu problemdə də İran,Türkiyə və Rusyanın Astana gedişatında olduğu kimi razılıq əldə edilə bilər. Bu problemi bu bölgəyə tarixi və siyasi bağlılığı olan ölkələr təsir edə bilər.Son zamanlar Paşinaynın Qərb yönümlü siyasəti onun Rusya ilə də münasibətlərini pisləşdirir.

6.Paşinyan ve Əliyevin açıq debatını neсe dəyərləndirirsiniz?
Paşinyan Əliyev debatında mübahisəsiz olaraq və birmənalı olaraq İlham Əliyev qalib çıxmışdır.Bunun səbəbi Əliyevin zəki və tarixi biliklərə malik olmasıdır.Digər tərəfdən bu debatda Əliyevi haqlı çıxardan Beynalxalq hüquq və tarixi həqiqətlərdir.Hesab edirəm ki bu problem Astana anlaşmasında olduğu kimi Rusya, İran və Türkiyənin dəstəyi ilə problem çözülə bilər.

Mövzunu Facebookda şərh et