Brent markalı neft ucuzlaşıb, WTI isə bahalaşıb

14:44 | 1 Aprel, 2020

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyun müqaviləsinin dəyəri 2,05% azalaraq 1 barelə görə 25,82 dollar təşkil edib.

Editor.az -ın APA-ya istinadən məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,10% artaraq 20,50 dollar təşkil edib.

Mövzunu Facebookda şərh et