ABŞ-da koronavirusdan ölənlərin sayı 3400 nəfəri ötüb

15:00 | 1 Aprel, 2020

ABŞ-da koronavirusdan həlak olanların sayı Çində bu xəstəlikdən ölənlərin sayını ötüb.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının hesabatlarına əsaslanan Con Hopkins Universiteti xəbər yayıb.

Bildirilir ki, ölkədə 175 067 nəfərin koronavirus testi müsbət nəticə verib, 3 415 nəfər dünyasını dəyişib və 5 995 nəfər sağalıb.

Beləliklə, hazırda ABŞ-da koronavirusdan 3309 nəfərin öldüyü Çindən daha çox ölüm halları qeydə alınıb.

Mövzunu Facebookda şərh et