“Rabitəbank” KMDF-ə könüllü ianə edib

16:18 | 1 Aprel, 2020

“Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” dövlət başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Rabitəbank” ASC tərəfindən könüllü ianə edilib.

Bu barədə Bankdan məlumat verilib.

Məlumata görə, “Rabitəbank” öz növbəsində, Koronavirusla Mübarizəyə Dəstək Fonduna (KMDF) 150 min manat məbləğində maliyyə vəsaiti köçürüb.

“Rabitəbank” ASC kollektivi koronavirus pandemiyasının vətəndaşlarımıza və iqtisadiyyatımıza təsirinin qarşısını almaq üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə dəstək göstərmək məramı ilə xalqımızla həmrəyliyini bəyan edir.

//Editor.az

Mövzunu Facebookda şərh et