Məşhur futbolçu qəzaya düşdü

17:53 | 1 Aprel, 2020

“Bayern”in müdafiəçisi Jerom Boatenq avtomobil qəzasına uğrayıb.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, 31 yaşlı futbolçu “Mercedes” markalı maşını ilə Leyptsiqə oğlunun yanına gedərkən qəzaya düşüb.

Qana əsilli alman futbolçunun maşını qarlı havada sürüşüb və yol kənarındakı səddə dəyib.

Boatenq xəsarət almasa da, maşınına 25 min avro ziyan dəyib.

Mövzunu Facebookda şərh et