Gürcüstanda valyutadəyişmə məntəqələri bağlanıb

18:52 | 1 Aprel, 2020

Martın 31-dən Gürcüstandakı bütün valyutadəyişmə məntəqələri müvəqqəti olaraq bağlanıb.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin Milli Bankı məlumat yayıb. Bildirilir ki, kommersiya bankları, ödəmə sistemləri operatorları, mikromaliyyə təşkilatları, bankomat və poçt terminalları fəaliyyətlərini davam etdirəcək.

Milli Bank vətəndaşları ölkənin koronavirusla effektiv mübarizəsinə kömək etmək üçün maksimal şəkildə onlayn ödənişlərdən istifadə etməyə çağırıb.

Qeyd edək ki, bu gündən koronavirus epidemiyası ilə bağlı Gürcüstanda ümumi karantin qüvvəyə minib. Saat 21:00-dan 06:00-dək komendant saatı tətbiq olunacaq.

Mövzunu Facebookda şərh et