Evdə qonaqlıq etməyin cəzası – İki ay ev dustaqlığı

18:57 | 1 Aprel, 2020

Türkiyə hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün həyata keçirdiyi tədbirləri bir qədər də sərtləşdirib.

Editor.az yenisabah.az-a istinadən xəbər verir ki, gecə evində qonaqlıq edən 4 nəfər polis tərəfindən həbs edilib.

İstanbulun Böyükçəkməcə bölgəsində keçirilən əyləncəli mərasimin görüntüləri sosial şəbəkələrdə yayılandan sonra polis hərəkərə keçib. Mərasimin təşkilatçısı olan Elif K. və saxlanılan başqa 3 nəfərə iki ay ev dustaqlığı cəzası kəsilib. Qonaqlığa qatılan 7 nəfər isə müxtəlif məbləğlərdə cərimə olunub.

Mövzunu Facebookda şərh et