İtaliyada koronavirus qurbanlarının ümumi sayı 13 mini ötübbackend

İtaliyada koronavirus qurbanlarının ümumi sayı 13 mini ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyada yeni koronavirusun səbəb olduğu xəstəlikdən və onun fəsadlarından ölənlərin sayı sutka ərzində 727 nəfər təşkil edərək 13155 nəfərə çatıb.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli bildirib.

A.Borrelli deyib: “Sağalanların sayı 16,847 nəfərə çatıb. Bu göstərici ötən günə nisbətən 1 118 nəfər çoxdur. Ölənlərin sayı – 727 nəfərdir. Hal-hazırda 80 572 nəfər yoluxub ki, bu da ötən günə nisbətən 2 937 nəfər çoxdur”.

Epidemiyanın başlandığından bəri yoluxanların, o cümlədən ölü və müalicə olunanların ümumi sayı 110 574 nəfər təşkil edib.