Qırğızıstanda koronavirusdan ilk ölüm halı qeydə alınıb

14:39 | 3 Aprel, 2020

Qırğızıstanda yeni növ koronavirusa (COVİD-19) daha 9 nəfər yoluxub.

Bu barədə COVİD-19 ilə mübarizə üzrə Respublika Qərargahından bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 125 nəfər çatıb, onlardan 4-nün vəziyyəti ağırdır.

Bundan əlavə, aprelin 2-si Oşsk vilayətində 61 yaşlı koronavirus xəstəsi dünyasını dəyişib. Bu, ölkədə koronavirusdan ilk ölüm halıdır.

//Trend

Mövzunu Facebookda şərh et