“Jurnalistlər aptek və ya marketə gedəndə icazə almalıdırlar”

20:38 | 3 Aprel, 2020

“KİV nümayəndələrinin sistemdə qeydiyyata düşməsinə ehtiyac yoxdur”.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib.

O bildirib ki, mətbuat nümayəndələrinin öz aidiyyatı işləri ilə bağlı yaşadığı yeri tərk edən zaman icazə almaqlarına ehtiyac yoxdur:

“Ancaq həmin şəxslər aptek və ya marketə zəruri ehtiyaclarını ödəmək üçün çıxan zaman icazə almalıdırlar”.

Mövzunu Facebookda şərh et