Bakıda duman olacaq… – HAVA PROQNOZU

21:14 | 3 Aprel, 2020

Sabah Bakıda duman olacaq.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 11-14, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Aprelin 4-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək.

//Editor.az

Mövzunu Facebookda şərh et