Oliqarx Umar Cəbrayılov intihara cəhd etdi

21:21 | 3 Aprel, 2020

Çeçenəsilli rusiyalı biznesmen Umar Cəbrayılov intihara cəhd edib.

Editor.az Virtualaz.org-a istinadən xəbər verir ki, iş adamı əlində yaralarla xəstəxanaya çatdırılıb. Cəbrayılov Moskvada qaldığı oteldən xəstəxanaya təcili yardımla aparılıb. Biznesmen “şok vəziyyətdə” olduğu üçün bu əməli törətdiyini bildirib.

Qeyd edək ki, Umar Cəbrayılov 2004-2009-cu illərdə Çeçenistandan senator seçilib. 2018-ci ildə dişi ağrıdığı üçün hoteli atəşə tutan iş adamı üzvü olduğu “Vahid Rusiya” partiyasından çıxarılmışdı.

Mövzunu Facebookda şərh et