Oğurluq edən keçmiş məhkum saxlanıldı

21:58 | 3 Aprel, 2020

Oğurluqda şübhəli bilinən Ağcabədi rayon sakini S.Mirzəyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 1-də rayon ərazisindəki evlərin birindən 250 manat pul, 8400 manat dəyərində qızıl-zinət əşyaları, televizor və mobil telefon oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş S.Mirzəyev saxlanılıb.

//milli.az

Mövzunu Facebookda şərh et