Koronavirusla bağlı təhlükəli tövsiyələr

21:59 | 3 Aprel, 2020

Koronavirusdan qorunmaq üçün sosial şəbəkələrdə verilən tövsiyələr təhlükəli ola bilər.

Editor.az oxu.az-a istinadən bildirir ki, bunu Rusiya paytaxtında yerləşən Vinoqradova adına şəhər kliniki xəstəxanasının baş həkimi Mariya Blinova “Rossiyskaya qazeta”ya müsahibəsində deyib.

Ekspertin sözlərinə görə, kağız dəsmallardan müdafiə maskası düzəltməyi öyrədən videoçarxlara etimad etmək lazım deyil. O bildirib ki, koronavirus infeksiyasına yoluxmaqdan ancaq respirator kömək edə bilər, tibbi maska isə ətrafdakıları yoluxdurmamaq üçün maneə rolunu oynayır.

Bundan əlavə, maskaların propolisin spirtli cövhəri ilə işlənməsi mənasızdır, çünki tənəffüs yollarının yoluxmasının qarşısını almır.

Həkim insanlara “immuniteti yüksəltmək məqsədilə” heç bir halda hidrogen peroksid içməməyi tövsiyə edib, çünki bu maddə orqanizmə ciddi zərər verə bilər.

Mövzunu Facebookda şərh et