Jurnalistdən icra başçısına: “Məsləhət verməklə iş bitmir, Neftçalada maska və spirt tapılmır”

23:54 | 3 Aprel, 2020

Jurnalist Anar Əhmədov Neftçala rayonunda tibbi maska və spirt çatışmazlığından şikayətlənib.

A.Əhmədov qeyd edib ki, rayonlarda vəziyyət şəhərdən hər zaman fərqli olub, indiki məqamda şəhərdə durum daha asandır: “Hər tində bir dükan, aptek var. Rayonda isə özünə lazım olan məhsulları almaq üçün 2, bəzən 3 kilometr yol getməli olursan. Əsas mağaza və obyeklər rayonun mərkəzində yerləşir. Çölə çıxanda isə patrullar maska taxmayanlara irad tuturlar. Neftçalada isə 15 gündür apteklərdə maska və spirt tapılmır. Hansı aptekə girirsən “Maska və spirt YOXDUR” tipli yazılara rast gəlirsən. Rayonu gəzib insanlara məsləhətlər verməklə iş bitmir. Hərdən apteklərdən maska və spirtin olub-olmamasını da soruşmaq lazımdır”.

Qeyd: Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovdur. O, Prezident İlham Əliyevin martın 5-də imzaladığı sərəncamla bu vəzifəyə təyin edilib.

//pravda.az

Mövzunu Facebookda şərh et