Koronavirusun hava ilə yoluxma ehtimalı haqda YENİ FİKİR – Maykl Rayan da bunu istisna etmir

10:56 | 4 Aprel, 2020

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə təcili yardım proqramının direktoru Maykl Rayan hava yolu ilə koronavirusun yoluxma ehtimalı barədə danışıb.

Editor.az  oxu.az-a istinadən xəbər verir ki, Rayan virusun hava ilə ötürülə biləcəyini istisna etməyib.

Onun sözlərinə görə, Sinqapur alimləri infeksiya hallarının təxminən altı faizinin virusun simptomsuz daşıyıcılarından qaynaqlandığı qənaətinə gəliblər.

Rayan deyib ki, ancaq bu vəziyyətdə hələ də pandemiyanın hərəkətverici qüvvəsinin asqırmaq, öskürmək və ya yoluxmuş səthlər olduğuna inanırıq.

ÜST nümayəndəsi, eyni zamanda təşkilatın mütəxəssislər qrupunun sağlam insanların qoruyucu maskalardan istifadə etməsinin effektivliyini qiymətləndirmək üçün bütün mümkün materialları öyrəndiyini də bildirib.

“Bununla yanaşı, həkimlər və tibb işçiləri üçün cərrahi və xüsusi tibbi maskaların istifadəsi prioritet olaraq qalır”, – deyə əlavə edib.

Mövzunu Facebookda şərh et