“Miss Azerbaijan 2019” alt paltarını satışa çıxardı – FOTO

13:41 | 4 Aprel, 2020

“Miss Azerbaijan 2019” gözəllik müsabiqəsinin qalibi, tanınmış model Səmra Hüseynova sosial şəbəkədə hər kəsi şoka salacaq addım atıb.

Editor.az  Big.az-a istinadən xəbər verir ki, model instaqram hesabında çılpaq şəkil paylaşaraq geyindiyi alt paltarını satışa çıxarıb. O, bu addımı işi olmadığı və pulsuzluqdan etdiyini bildirib.

Fotonu paylaşaraq “Əynimdə gördüyünə sən sahib ola bilərsən. Bunun üçün hərraca start verilir. Hərrac 10.04.2020-ə qədər davam edəcək. Qiymət yüz dolardan başlayır. Ödəmə “paypal” və ya kartla mümkündür. Mənə aid alt geyimi sənin qarderobunda olacaq. Bilirsiniz, işləmək mümkün deyil, mənim də pul dağıtmaqdan başqa kənarda pul yığmaq kimi bir planım olmayıb. Bu iş məni sevənlər üçündür”.

Fotonu görən hər kəs modeli tənqid edərək bu hərəkətini biabırçılıq kimi qiymətləndiriblər. Daha sonra gələn tənqidlərə tab gətirməyərək model hərracı dayandırıb.

Mövzunu Facebookda şərh et