Gürcüstanda koronavirusdan ilk ölüm faktı qeydə alındı

14:03 | 4 Aprel, 2020

Gürcüstanda koronavirus infeksiyası ilə əlaqədar ilk ölüm faktı qeydə alınıb.

Vəfat edən şəxs Marneuli bölgəsindən olan 79 yaşlı qadındır.

Apsny.ge agentliyi xəbər verir ki, bu haqda Tbilisi Dövlət Tibb Universitetinin Birinci Universitet Klinikasının direktoru Levan Ratiani məlumat verib.

L.Ratiani bildirib ki, COVID-19-a yoluxan şəxs martın 31-də xəstəxanaya yerləşdirilib. Xəstəyə ağciyər iltihabı və sepsis diaqnozu qoyulub. O, bu gün səhər saat 9:00 radələrində vəfat edib.

Mövzunu Facebookda şərh et