Tramp tibbi maska taxmamağının səbəbini açıqladı

14:46 | 4 Aprel, 2020

ABŞ prezidenti Donald Tramp qoruyucu tibbi maska taxmaq niyyətində olmadığını bəyan edib.

Editor.az Trend-ə istinadən bildirir ki, D.Tramp tibbi maska taxmağı onun statusu ilə uyğun olmadığını hesab edir.

“Bu yalnız bir tövsiyədir. Mən özümü yaxşı hiss edirəm. Sadəcə bunu (tibbi maska taxmağı) istəmirəm”, – deyə ABŞ prezidenti koronavirusun yayılması fonunda qoruyucu tibbi maskanı niyə taxmaq niyyətində olmadığını sualını cavablandırıb.

“Bilirsiniz, Oval kabinetdə gözəl masanın arxasında oturub, tibbi maska taxıb prezidentləri, baş nazirləri, kraliçaları salamlamaq… bilmirəm, bu mənim üçün deyil”, – D.Tramp izah edib.

O əlavə edib ki, öz fikrini dəyişə bilər, amma ümid edir ki, koronavirus “çox tezliklə başa çatacaq”.

Mövzunu Facebookda şərh et